
Celebrating the Year of Shusha
The Great Return to Karabakh
– Etter flere museumsbesøk mens jeg gikk på skolen ble jeg kjent med vikingene og runene fra asene. Er det Aserbajdsjan, tenkte jeg. I Aserbajdsjan er Heyerdahl elsket og alle vet hvem han er. Heyerdahl er rett og slett pensum på skolen i landet, opplyser hun.
10.10.2022
CAN in the media 2022
17.11.2022
Zəfər Günü münasibəti ilə Osloda “The Great Return-Şuşa” layihəsinə start verilib

14.11.2022
Norveçdən Şuşaya Böyük Qayıdış
Zəfər Günü münasibətilə Osloda keçirilən rəsmi qəbulda “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsinə start verilib. Şervin Nəcəfpurun sədri olduğu “CAN” Azərbaycan diaspor təşkilatçılığı ilə Norveçdə təşkil olunan tədbir bir çox maraqlı anlarla yadda qalıb.
Şervin Nəcəfpur Növreçdə bu günə qədər görülən işlər və gələcək planlarını Publika.az-a bölüşüb.
07.11.2022
Zəfər Günü münasibətilə Osloda keçirilən rəsmi qəbulda “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsinə start verilib
AZƏRTAC xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatı tərəfindən həyata keçirilən bu layihə Qarabağ regionunda baş verən hadisələrin tanıdılması ilə yanaşı, xalqımızın mədəniyyəti haqqında məlumatlandırma və yerli ictimaiyyətin onunla daha yaxından tanış edilməsi üçün işlərin aparılmasını nəzərdə tutur.
19.09.2022
Norveçdəki azərbaycanlı diaspor fəalı ölkəmizə qarşı irəli sürülən saxta ittihamlara cavab verib
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Norveçin “document.no” saytında Hans Raustad tərəfindən dərc edilmiş məqaləyə cavab olaraq, Norveçdəki “Can” diaspor təşkilatının sədri Şervin Nəcəfpur cavab məqaləsi ilə çıxış edib.
14.09.2022
Norveç təşkilatı Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatlarla bağlı bəyanat yayıb
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Krallıqda fəaliyyət göstərən “CAN” diaspor təşkilatı Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri böyük narahatlıqla izlədiyini və baş verən təxribatların azərbaycanlı əsgərlərin şəhid olmasına və yaralanmasına səbəb olduğunu bildirib.
01.06.2022
В 18 лет я шила платья для членов королевской семьи. Media.Az поговорила с азербайджанкой из Норвегии
Азербайджанка Шервин Наджафпур – молодой, но уже достаточно известный дизайнер и политический деятель. Девушка родилась и выросла в далекой Норвегии, но, несмотря на это, активно занимается популяризацией азербайджано-тюркской культуры.
В интервью Media.Az она рассказала, как использовала собственный бренд одежды, чтобы донести до мира правду о Карабахском конфликте.
01.06.2022
Cumhurbaşkanlığı İletişim Başkanlığı, Oslo’da “BM Güvenlik Konseyi Reformu” paneli düzenledi
Cumhurbaşkanlığı İletişim Başkanlığınca düzenlenen “Birleşmiş Milletler (BM) Güvenlik Konseyi Reformu: Uluslararası Düzenin Yeniden İnşasına Yönelik Yeni Bir Yaklaşım” başlıklı panel serisinin Roma, Buenos Aires, Paris ve Londra’dan sonra beşincisi, Norveç’in başkenti Oslo’da gerçekleştirildi.
01.06.2022
В 18 лет я шила платья для членов королевской семьи. Интервью с Шервин Наджафпур из Норвегии
Азербайджанка Шервин Наджафпур – молодой, но уже достаточно известный дизайнер и политический деятель. Девушка родилась и выросла в далекой Норвегии, но, несмотря на это, активно занимается популяризацией азербайджано-тюркской культуры.
В интервью Media.Az она рассказала, как использовала собственный бренд одежды, чтобы донести до мира правду о Карабахском конфликте.
19.05.2022
Osloda Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbir keçirilib
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbir “CAN” diaspor təşkilatı və Roseslottet (Osloda Qızılgül Muzeyi) tərəfindən təşkil edilib.
Roseslottet muzeyinin təmsilçisi Martin Romberq tədbir iştirakçılarını salamlayaraq, Norveçlə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. Martin Romberq qeyd edib ki, məşhur səyahətçi Tur Heyerdal onun uşaqlıq qəhrəmanımdır və onun Azərbaycana məşhur səyahətləri və bu günə qədər ölkəmizdə yaxşı tanınması onu sevindirir. “CAN” diaspor təşkilatının Norveçdə Azərbaycanı tanıtmaq üçün vacib və maraqlı layihələr həyata keçirdiyini də bildirən M.Romberq, Roseslottetdə ilk Azərbaycan Mədəniyyəti Günü tədbirini keçirməkdən məmnunluğunu da ifadə edib.
24.05.2022
İranda “qara siyahı”da olan azərbaycanlı modelyer: “Məndən böyük məbləğ tələb edirlər” – MÜSAHİBƏ + FOTO
Xaricdə yaşayıb, gördükləri işlərlə Azərbaycanı layiqincə təmsil edən həmyerlilərimiz çoxdur. Bu şəxslərdən biri də moda dünyasına səs salan azərbaycanlı modelyer-dizayner Şervin Nəcəfpurdur. Şervin uşaqlıqdan Norveçdə böyüsə də, Vətənini unutmayıb və hər zaman gördüyü işlərdə bunu əks etdirib.
Oxu.Az gənc dizaynerlə müsahibə edərək oxucuları maraqlandıran suallara cavab alıb:

18.05.2022
Əcnəbi yazıçının azərbaycanlı qəhrəmanı: “Atəşfəşanlıq olanda qorxuram”
Bu günlərdə “Mən bunu bacaracağam. Azərbaycan haqda hekayə” kitabının müəllifi norveçli yazıçı Terye Holmedalla müsahibə etmişdim. Kitab Teryenin doğma övladı qədər sevdiyi, “Lalə”nin həyatından, ailəsi ilə birgə doğma torpağından məcburi köçkün düşdükdən sonra qarşılaşdığı çətinliklərdən bəhs edirdi.
Əsərin ilham pərisini axtarıb tapmaq qərarına gəldim. Əsl adı Şəfəq Məmmədova olan zərif qəhrəmanımın hekayəsini bir də öz dilindən dinləmək istədim.
13.04.2022
Azərbaycan diaspor təmsilçisi Norveç qəzetində yayılan yalanları ifşa edib
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Klassekampen” qəzetində çıxan məqalədə “Azərbaycan Dağlıq Qarabağda yeni hücumlar həyata keçirir” adlı məqaləyə etirazını bildirən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur cavab məqaləsini dərc etdirib.
15.03.2022
Norveçlilər bu faciə haqda az məlumatlıdır – Məşhur yazıçı
Norveçin paytaxtı Oslo şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri və sərgi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “CAN” diaspor təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan anım tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyə, Pakistan, Bosniya və Herseqovina, Qazaxıstan və Şimali Makedoniyanın bu ölkədəki səfirləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
28.02.2022
Oslonun mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunan sərgi açılıb
Oslonun mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərginin açılışı olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sərgi CAN diaspor təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub. Oslonun mərkəzində yerləşən Aker Brygge mərkəzində yerləşdirilən məlumat lövhələrindən ibarət sərgi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yerli insanları baş verən qanlı hadisələr haqqında maarifləndirmək məqsədilə təşkil edilib.
07.02.2022
Azərbaycanlı qızdan kitab yazan məşhur norveçli yazıçı: Həyatımın ən unudulmaz dövrü… – MÜSAHİBƏ
– Qarabağdan məcburi köçkün düşən çoxlu insan tanıyıram. Kitabımda da qeyd etdiyim kimi, bu ərazidə yaşayan insanlar olduqca savadlı və sənətsevər olurlar. Dəfələrlə bu fakta şahidlik etmişəm. O gözəl, istedadlı insanlardan biri də Lalə idi. Lalə bizim ailənin ən yaxın dostlarındandır. Bir gün norveçli jurnalistlə Lalənin müsahibəsini təşkil etdim. O, öz həyatını nəql etdikcə düşündüm ki, bu hekayəni kitaba çevirmək lazımdır. Nə az, nə çox 12 ildən – hətta təqaüdə çıxandan sonra bu arzumu gerçəkləşdirməyə qərar verdim. Laləyə zəng edib planımdan bəhs etdim. İnanın, çox xoşbəxt oldu. Beləliklə, Cəbrayılda doğulan Lalənin simasında məcburi köçkünlərin həyatından bəhs edən kitab ərsəyə gəldi.
28.01.2022
Norveçdə azərbaycanlı qızın taleyinə həsr olunmuş kitab nəşr edilib
Oslo şəhərində norveçli yazıçı Terye Holmedalın (Terje Holmedahl) “Mən bunu bacaracağam. Azərbaycan haqqında hekayə” adlı kitabı nəşr olunub.
Norveç dilində çap olunan kitabda erməni işğalı nəticəsində doğma Cəbrayıl rayonundan didərgin düşmüş və 30 ilə yaxın müddət ərzində öz vətənində məcburi köçkün statusu ilə yaşamış Lalə adlı qızın taleyindən bəhs edilib. Real hadisələr əsasında qələmə alınmış əsərdə Lalənin ağır sınaqlardan keçdiyi, ailə üzvləri ilə birlikdə Cəbrayılda atasının öz əlləri ilə tikdiyi evi zorla tərk etməsi, Bakıda həyata yenidən başlaması və Gəncədən olan Samirlə ailə qurması kimi məqamlar təsvir edilib.





















