Norveçdə Bakı avtobus dayanacağı


Norveçdə “Bakı / Baku” avtobus dayanacağı Bakı nefti ilə bağlı bir xatirə kimi 


BAKU – Norveçin Nərsnes qəsəbəsində avtobus dayanacağı

Oslo yaxınlığındakı Nersnes şəhərində, Asker bələdiyyəsində Skandinaviya ölkəsi üçün qeyri-adi – “Bakı” adlı avtobus dayanacağı və ona bitişik bir ərazi var.

Az adam bilir ki, 250 nömrəli avtobus marşrutu üzərində yerləşən bu kiçik dayanacaq, demək olar ki, bir əsr əvvələ gedib çıxan və Norveçlə Azərbaycanı birləşdirən maraqlı bir tarix daşıyır. Bu, qloballaşma anlayışının hələ mövcud olmadığı bir dövrdə neft, sənaye və sərhədləri aşan mədəni əlaqələr haqqında hekayədir.

Foto müəllifi: CAN

Bir ad. Bir hekayə. Bir əlaqə.

Norveçin Oslo yaxınlığında, Asker bələdiyyəsinin ərazisində yerləşən kiçik sahil qəsəbəsi Nersnesdə qeyri-adi ada malik sakit bir avtobus dayanacağı var: BAKU.

Bu avtobus dayanacağı adını Nərsnesi Azərbaycanın neft paytaxtı Bakı ilə birləşdirən diqqətəlayiq tarixdən alıb.

1930-cu illərdə Norveçdə yanacağa olan tələbat əhəmiyyətli dərəcədə artmışdı. 1933-cü ildə Hartvig və Alf Monrad Pettersen qardaşları həmin dövrdə Sovet Azərbaycanının neft paytaxtı olan Bakıdan neft və benzin idxalına əsaslanan AS Bakubensin şirkətini təsis etdilər.

Foto müəllifi: Røyken Historielag
AS Bakubensin şirkətinin Nərsnesdəki yanacaq çənlərini daşıyan maşınlarının sürücüləri, 1934-cü il.
Foto bərpa olunub.

Yanacaq Azərbaycandakı Bakıdan dəmir yolu ilə Gürcüstanın Batumi şəhərinə daşınırdı. Oradan isə böyük neft tankerləri ilə Şimali Avropaya göndərilir, daha sonra yük daha kiçik tankerlərə ötürülürdü. Bu tankerlərdən bəziləri Nərsnesdə yerləşən AS Bakubensin yanacaq terminalına yan alırdı.

Şirkət əvvəlcə terminalın inşa edildiyi ərazini icarəyə götürmüşdü. Sahilboyu ərazidə dərin sulu körpü və ümumi tutumu 2 600 m³ olan üç yanacaq çəni inşa edildi. Ərazidəki ev ofisə çevrildi, yanacaq isə əsas yolun kənarında yerləşən yükləmə və qaraj sahəsinə nasosla ötürülürdü.

Foto müəllifi: Widerøes Flyveselskap AS / Norveç Milli Kitabxanası
AS Bakubensin şirkətinin Nærsnesdəki yanacaq terminalının havadan çəkilmiş fotosu, 1936-cı il.

1934-cü ildə AS Bakubensin şirkətinin yanacaq paylanmasını həyata keçirən dörd tanker maşını və onların sürücüləri var idi. Bu maşınlar Şərqi Norveçin böyük hissəsinə yanacaq çatdırırdı. Şirkət 1935-ci ildə ərazini satın aldıqdan sonra tutumu 3 600 m³ olan əlavə bir yanacaq çəni də inşa edildi.

Terminala daxil olan ilk tankerlər arasında 4 000 tonluq MT Borgny, daha sonra isə 12 300 tonluq MT Attila da var idi.

Bakıdan yanacaq idxalı 1938-ci ildə AS Norske Shell şirkətinin terminala yanacaq tədarükünü öz üzərinə götürməsi ilə dayandırıldı. Lakin yerli əhali üçün Baku adı həmin ərazinin adı olaraq qalmağa davam etdi – yanacağın hansı neft şirkəti tərəfindən təmin edilməsindən asılı olmayaraq.

Nəsildən-nəslə ötürülən bu ad bu gün də Nərsnesin həmin hissəsi üçün istifadə olunur. Buna görə də eyni adı daşıyan avtobus dayanacağı yerli tarixin ayrılmaz hissəsinə çevrilib.

Foto müəllifi: Røyken Historielag
AS Bakubensin şirkətinə məxsus 1936-cı il tarixli orijinal qəbz və etiket.

Unudulmuş əlaqənin yenidən kəşfi

Bu hekayə CAN Təşkilatının sədri Şervin Nəcəfpurun “Baku” avtobus dayanacağını kəşf etməsi və onun mənşəyini araşdırmağa başlaması ilə yenidən gündəmə gəldi.

Yerli tarixçilər Rune Hartvig PettersenArne Murvangın dəstəyi ilə Şervin Nəcəfpur və AzərTacın Skandinaviya üzrə xüsusi müxbiri Nərgiz Cəfərli Nərsnesi birbaşa Bakının neft yataqları ilə əlaqələndirən unudulmuş arxiv materiallarını, fotoşəkilləri və sənədləri üzə çıxardılar.

Şervin səfəri zamanı azərbaycanlı xalça sənətçisi Elnarə Rəsulovanın Qarabağ xalçasını da özü ilə gətirdi və burada ənənəvi Azərbaycan çayı dəmlədi. Bununla da bu məkan ortaq irsimizin və dostluğumuzun canlı simvoluna çevrildi.

Foto müəllifi: CAN

BAKU

Bir ad. Bir tarix. Bir əlaqə.

Dayandığınız bu avtobus dayanacağı adını Nərsnesi Azərbaycanın neft paytaxtı Bakı şəhəri ilə birləşdirən diqqətəlayiq tarixdən alıb.

1930-cu illərdə Norveçdə yanacağa olan tələbat artmağa başladı. 1933-cü ildə Hartvig və Alf Monrad Pettersen qardaşları o dövrdə Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikasının neft paytaxtı Bakıdan neft və benzin idxalına əsaslanan AS Bakubensin şirkətini təsis etdilər.

Yanacaq Bakıdan dəmir yolu ilə Gürcüstanın Batumi şəhərinə daşınırdı. Oradan isə böyük tankerlərlə Şimali Avropaya göndərilir, daha sonra yük AS Bakubensin şirkətinin Nərsnesdəki yanacaq terminalına da daxil olmaqla, daha kiçik tankerlərə boşaldılırdı.

Şirkət əvvəlcə terminalın inşa edildiyi ərazini icarəyə götürdü. Burada dərin sulu körpü və dəniz kənarında ümumi tutumu 2 600 m³ olan üç saxlama çəni inşa edildi. Ərazidəki yaşayış evi ofis kimi istifadə olunmağa başladı, yanacaq isə əsas yolun kənarında yerləşən yükləmə və qaraj sahəsinə nasosla ötürülürdü.

1934-cü ildə AS Bakubensin şirkətinin yanacağı Şərqi Norveçin böyük hissəsinə paylayan dörd yanacaq tankeri və sürücüləri var idi. Şirkət 1935-ci ildə ərazini satın aldıqdan sonra burada tutumu 3 600 m³ olan əlavə bir saxlama çəni inşa edildi. Terminala daxil olan ilk tankerlər arasında 4 000 tonluq MT Borgny, daha sonra isə 12 300 tonluq MT Attila var idi.

Bakıdan yanacaq idxalı 1938-ci ildə AS Norske Shell şirkətinin terminala yanacaq tədarükünü öz üzərinə götürməsi ilə dayandırıldı. Lakin yerli əhali üçün Baku adı, yanacağı hansı neft şirkətinin təmin etməsindən asılı olmayaraq, ərazinin adı olaraq qalmağa davam etdi. Bu ad nəsildən-nəslə ötürülərək qorunub saxlanılıb və bu gün də Nərsnesin bu ərazisi üçün istifadə olunur. Buna görə də eyni adı daşıyan avtobus dayanacağının yerli tarix baxımından möhkəm və xüsusi bir əsası var.

Layihə aşağıdakı qurumların əməkdaşlığı ilə həyata keçirilmişdir: